Bir qrup gənc mərhum dostlarını tabutdan çıxararaq motosikletə son dəfə mindiriblər.
"Unikal" xəbər verir ki, hər kəsi şoka salan hadisə Ekvadorda baş verib. Belə ki, paytaxt Portoviexo şəhərində 21 yaşlı gənc naməlum şəxslər tərəfindən güllələnib. Gəncin cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.
Belə ki, oğlanın meyiti dəfn edilməyə aparılarkən qəribə olay yaşanıb. Mərhumun dostları meyiti tabutdan çıxarıb. Daha sonra isə oğlanın cəsədini sonuncu dəfə motosikletə mindirərək, yola düşüblər. Hadisə anı kameralara əks olunub. Qısa zamanda sosial şəbəkələrdə paylaşılan video izləmə rekordu qırıb.
Məlum olub ki, gənc oğlan motosiklet həvəskarı imiş.