Malaziyada koronavirusun yeni “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, yeni ştam CAR-da ailəsinə baş çəkdikdən sonra noyabr ayında Malaziyaya gəlmiş 19 yaşlı əcnəbi tələbədə aşkarlanıb.
Daha əvvəl Malaziya da daxil olmaqla bir sıra ölkə yeni ştamla əlaqədar məhdudiyyətlər tətbiq edərək, 8 Afrika ölkəsindən gələn şəxslərin ölkəyə daxil olmasına qadağa qoyub.