"Yeni "Anqara" yüngül daşıyıcı raketinin buraxılması 2022-ci ilin birinci yarısına planlaşdırılıb".
"Unikal" xəbər verir ki, bu barədə Roskosmosun rəhbəri Dmitri Roqozin "Kosmos inteqrasiyası" biznes forumunda bildirib.
"Yüngül Anqaranın buraxılışı gələn ilin birinci yarısında baş tutacaq", - Roqozin bildirib. O əlavə edib ki, ağır Anqara daşıyıcısının buraxılması bu ilin dekabr ayının sonuna nəzərdə tutulub.
Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin bir müddət əvvəl müdafiə naziri Sergey Şoyquya bildirmişdi ki, hazırda Anqara-A5 raketinin yığılması üzrə işlər gedir, buraxılış tarixi dekabrın 20-də baş verəcək
Qeyd edək ki, Anqara yeni nəsil Rusiya kosmik raketləri ailəsidir. O, qaldırma qabiliyyəti 37,5 tona qədər olan yüngül, orta və ağır daşıyıcı raketlərdən ibarətdir. Yeni raket ailəsi ekoloji cəhətdən təmiz yanacaq komponentlərindən istifadə edir.
Ağarza Elçinoğlu