Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi Eren Kış-6 əməliyyatı zamanı türk hərbçi şəhid olub.
"Unikal" xəbər verir ki, əməliyyat Tuncelinin Ovacık ərazisində aparılıb.
3 terrorçu məhv edilsə də, Türkiyə ordusunun əsgəri ağır yaralanıb və o, xəstəxanada vəfat edib.
Daxili işlər naziri Süleyman Soylu şəhidin ölümü ilə əlaqədar Türkiyə xalqına və yaxınlarına başsağlığı verib.