ABŞ prezidenti Co Bayden xəstələndiyini etiraf edib.
"Unikal" xəbər verir ki, o, yaş yarımlıq nəvəsindən zökəmə yoluxduğunu bildirib.
“Mən yaxşıyam, hər gün COVID-19 testləri edirəm... Sadəcə zökəm olan yaş yarımlıq bir nəvəm var və o, babasını öpməyi çox sevir... Bir sözlə, sadəcə soyuqdəymədir”, - deyə Bayden jurnalistlərə səhhəti ilə bağlı suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, ABŞ prezidenti işsizliklə bağlı növbəti məlumatların dərci münasibətilə açıqlama verərkən burnunda danışıb və ara-sıra öskürüb.