Avropa İttifaqı (Aİ) hibrid hücumlara qarşı mübarizə üçün Ukraynaya 1,4 milyon avro yardım göstərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas ölkənin daxili işlər naziri Denis Monastırski ilə görüşündən sonra bildirib.
O bildirib ki, Monastırski ilə Ukrayna-Belarus sərhədindəki vəziyyətlə bağlı söhbət edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dekabrın 2-də bildirib ki, Avropa Şurası Ukraynaya Avropa Sülh Fondu çərçivəsində vəsait ayırmağa qərar verib. Maliyyə paketinə, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin potensialının inkişafı və gücləndirilməsi üçün maddi-texniki yardımın göstərilməsi daxildir.