Panama polisi ölkə tarixində ən böyük pul kütləsini müsadirə edib.
"Unikal" xəbər verir ki, “Golfo” klanına qarşı əməliyyatda 37 narkotacir saxlanılıb, 10 milyon dollar nağd vəsait ələ keçirilib.
Panama Prokurorluğunun məlumatına görə, bu, ölkə tarixində narkotik satışından müsadirə edilən ən böyük məbləğdir. Pulların toplanması və maşınla sayılması 12 saat çəkib. İş tempinə dözməyən maşınlardan dördü sıradan çıxıb.