Gürcüstanda son sutka ərzində koronavirusa 3 950 yoluxma halı qeydə alınıb, 40 nəfər vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Ümumilikdə Gürcüstanda COVID-19-a 861 883 nəfər yoluxub, 12 298 nəfər vəfat edib.
İndiyədək 801 864 nəfər müalicə olunaraq sağalıb.