İndoneziyanın Yava adasının şərqində Semeru vulkanının püskürməsi nəticəsində bir nəfər ölüb, 41 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bütün zərərçəkənlər ən yaxın xəstəxanalara çatdırılıb.
Cavabdeh qurumların nümayəndələri vulkana bitişik ərazilərin əhalisini evakuasiya edib.
Vulkan atmosferə böyük miqdarda kül buraxıb.