Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının Suriya qanadının (YPG) 5 üzvünü məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, terrorçular "Sülh bulağı" əməliyyatı zonasına hücum etdikləri zaman məhv ediliblər:
"Türkiyənin xüsusi təyinatlıları PKK/YPG terrorçuları ilə uğurlu mübarizəni davam etdirir".