Bir çox Avropa İttifaqı (Aİ) və NATO ölkələri Türkiyənin istehsal etdiyi hərbi pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır.
"Unikal" xəbər verir ki, bunu Antalyada keçirilən "Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar - 2021" konfransının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib: "Polşanın Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarını alması ilə ilk dəfə olaraq Aİ və NATO üzvü olan bir ölkə hərbi arsenalına bizim məhsulumuzu qatmış olur ki, bu da böyük əhəmiyyət kəsb edir. Hazırda bir çox Aİ və NATO üzvü olan ölkələr bizim məhsullarımızla maraqlanır".
Nazir əlavə edib ki, Türkiyə tərəfi bu istiqamətdə bir çox ölkələrlə danışıqları davam etdirir.