İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 03.47-də qeydə alınıb. Yeraltı təkanların episentri İndoneziyanın Tobelo adasından 268 kilometr şimalda yerləşib.
Zəlzələnin ocağı isə 33 kilometr dərinlikdə olub.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.