Fransada son sutka ərzində 51,6 min nəfər koronavirusa yoluxub. Bu, 2021-ci ilin aprelində müşahidə olunmuş ikinci dalğanın pikindən sonra ən yüksək göstəricidir.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı yerli Sante publique France tibbi-sanitar agentlik yayıb.
Daha əvvəl ölkənin səhiyyə naziri Olivye Veran bildirmişdir ki, bazar gününə qədər yoluxma sayı pandemiyanın üçüncü dalğasının ən maksimal səviyyəsinə çata bilər. O zaman sutkalıq yoluxma 80 minə çatırdı.
Fransa xəstəxanalarında COVID-19 xəstələrinin sayı oktyabrın sonundan bəri durmadan artmaqdadır və hazırda 11,3 min aktiv xəstə var, onlardan 2 mini reanimasiyadadır.