“ABŞ Ukrayna-Rusiya sərhədi ətrafındakı vəziyyətlə əlaqədar Ukraynaya əlavə hərbi yardım göndərməyi planlaşdırmır”.
"Unikal" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
Kirbi xatırladıb ki, ABŞ səlahiyyətliləri əvvəllər bu ölkəyə 60 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib və bu həftə Ukraynaya atıcı silah və sursatların da daxil olduğu son partiyanı göndərəcək.