İtaliyanın Antiinhisar Xidməti “Amazon” onlayn pərakəndə satış şirkətini “bazarda dominant mövqedən sui-istifadə”yə görə cərimələyib.
"Unikal" xəbər verir ki, cərimənin dəyəri 1 milyard 128 milyon avro olub.
Buna səbəb şirkət İtaliya bazarındakı mütləq üstünlük mövqeyindən yararlanıbmış. Bu isə "Amazon"a öz çatdırılma xidmətini inkişaf və təşviq etməyə imkan verib ki, bununla da məlum arzuolunmaz davranışlar elektron ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə ziyan vurub.