Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dəfn olunub.

"Unikal" xəbər verir ki, şəhidin nəşi Siyəzən rayonuna gətirilib. O, doğulduğu Zarat kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Onun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, A.Əliyev dekabrın 8-i gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.

xxx

20:38

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

"Unikal"  oxu.az-a istinadən xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Siyəzən rayonuna gətirilir.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Siyəzəndə doğulduğu Zarat kəndinin qəbirsanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!