Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 65 milyon manatı keçib.

"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 65 000 091.48 manatdır. Həmin vəsaitdən 17 639 316.18 manatı fiziki şəxslər, 47 360 775.3 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 50 974 941.3 manatı xərclənib. Vəsaitin qalığı isə 14 025 150.18 manatdır.

Anar Kəlbiyev