Bakıda restoranın qarşısında iki nəfər bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Dəlidağ" restoranının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs bıçaqla İbadət Ağakişiyevi və Elçin Allahverdiyevi bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.