Azərbaycan mətbuatı hər zaman olduğu kimi, vətəndaşlıq mövqeyi nümayiş etdirir. Biz bunu Vətən müharibəsində aydın gördük və şahidi olduq.

"Unikal" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bu gün müzakirə edilən “Media haqqında” haqqında qanun layihəsi media üçün yol xəritəsidir.

Ə.Hüseynli “Media haqqında” Qanunun Azərbaycan mətbuatının inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.