Azərbaycanda mediada ekstrasenslərin təbliği qadağan olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Media haqqında hazırlanan qanunda müddəa öz əksini tapıb.

Yeni qanun layihəsinə görə, mediada parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir.