Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Lukoil şirkəti tərəfindən yenilənən “Lukoil” guşəsinin açılışı olub.

"Unikal" xəbər verir  ki, Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “Lukoil”-un Neft məhsullarının realizasiyası üzrə vitse prezidenti Maksim Donde, "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov və “LlK-İnternational”-ın direktoru Kirill Veretta, həmçinin universitetin professor müəllim-heyəti və tələbələr iştirak ediblər.

Yenilənən “Lukoil guşəsi”nin açılış mərasimindən sonra “Lukoil”-un vitse prezidenti M.Donde və nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları universitetdə salamlayan rektor, professor M.Babanlı tələbələrlə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və əmək bazarına uyğun kadr hazırlığında prioritet istiqamətlərdən danışıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən M.Donde təmsil etdiyi şirkətin tələbələr üçün iş imkanları, layihələr, təcrübə proqramları və işçi heyəti haqqında məlumat verib. Tələbələrlə işin “Lukoil” şirkəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən M.Donde əmək bazarının və şirkətlərin tələblərinə uyğun kadr hazırlığı üçün müxtəlif imkanlar və perspektivlər olduğunu deyib. O, həmçinin bu fürsətlərdən faydalanıb yeni elmi layihələrin və tələbələrlə təcrübə proqramlarının reallaşdırmağın əsil zamanı olduğunu vurğulayıb.

Görüşdə həmçinin ADNSU tələbələrinin “Lukoil” şirkətinə ekskursiyası və istehsalatda təcrübə imkanları müzakirə edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.