12 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat aparatları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmamış Fərəcullazadə Ağamehdi Şakir oğluna məxsus ümumilikdə 11 kq 874,669 qr çəkidə narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.