Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

"Unikal"-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri Gülmalı Novruzov və Həzrət Əlizadədir. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.