Cari ilin 10 ayında ölkəyə 12,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

"Unikal" Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 64,5 milyon dollar olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında 67,5 milyon dollarlıq 13,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.