Tərtər şəhərindəki daha üç küçəyə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən oğullarının adları verilib.

"Unikal" xəbər verir ki, küçələrə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Sənan Məmmədlinin, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Qənbər Qənbərlinin və Azər Şəmilovun adları verilib.