2021-ci ilin 10 ayında ölkəyə 16,9 min ton əczaçılıq məhsulları idxal edilib.

"Unikal" Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 433,7 milyon dollar olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycana 304,6 milyon dollarlıq 18,7 min ton əczaçılıq məhsulları idxal edilib.