Xəbər verdiyimiz kimi, bu gün müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümüdür. 
"Unikal" 
xəbər verir ki, ildönümü ilə əlaqədar  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun kollektivi Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. 

Dahi şəxsiyyətin məzarı önünə gül dəstələri düzərək onun xatirəsinə ehtiramlarını bildiriblər. 

FOTOLAR: Turqut Sultan