İranda ötən sutka ərzində 2 289 nəfər koronavirusa (COVID-19) yoluxub, 61 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 130 722 nəfərə, yoluxanların sayı isə 6 154 813 nəfərə çatıb. Virus daşıyıcılarından 3 104 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 969 591 nəfər koronavirusdan sağalıb, 40 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 110 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 2,5 milyon təşkil edir.