“Red Bull”un pilotu Maks Ferstappen karyerasında ilk dəfə Formula 1 üzrə dünya çempionu olub.
"Unikal" xəbər verir ki, Ferstappen mövsümün son yarışı olan Əbu Dabi Qran-Prisində sonuncu dövrədə “Mercedes”in pilotu Lüis Həmiltonu məğlub edərək qalib gəlib.