Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, Yeni Yasamal yaşayış massivində, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın beşinci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu özünü eyvandan atıb.

S.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.