İrəvanda avtobus sürücüləri tətil elan edib, onlar bu gün işə çıxmayıblar.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, sürücülərin etirazına səbəb kimi gediş haqqının ödənilməsi üçün yeni sistemin tətbiqi göstərilir.
Paytaxt İrəvanda, xüsusən də Kanaker-Zeytun və Norkdakı dayanacaqlarda ictimai nəqliyyat sürücülərinin tətil etməsi nəticəsində işə gedə bilməyən xeyli insan toplaşıb.
Bunun fonunda taksi xidmətləri xidmətlərin qiymətlərini artırıb.