Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılmışdır. 

DİN-dən "Unikal"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan “Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülmüşdür.