Nəsimi rayon məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.
"Unikal" xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib: “Daha sonra Mahir Ələkbərov ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, Ramiz Göyüşova hədə-qorxu gəlməyib, bu yolla ondan pul tələb etməyib”.
Vəkil bildirib ki, həmçinin prosesdə zərərçəkmiş Ramiz Göyüşov ifadə verib: “Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər yaranmışdı, bu ziddiyyətlərin məhkəmə istintaqının düzgün formada aparılmasına təsir edəcəyinə və obyektiv həqiqətin aşkar edilməsinə ümid edirəm”.
Növbəti proses dekabrın 24-də davam edəcək.