Ağstafa rayonunda qətl hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Məlumata görə, gənc oğlan bıçaqlanaraq qətli yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)