"WhatsApp" istifadəçiləri bundan sonra göndərdikləri səsli mesajlara əvvəlcədən baxa biləcəklər.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkənin tviter səhifəsində məlumat yayılıb.

"Göndər" düyməsini klikləməzdən əvvəl səsli mesajları dinləmək mümkün olacaq.