Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri yolunda baş verib. Nəticədə bir hərbçi ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.