İsrail Afrika ölkələrinə koronavirus əleyhinə 1 milyon doza peyvənd bağışlayıb.
"Unikal" xəbər verir ki, koronavirusun pandemiya halına gəlməsindən sonra bütün əhalisini peyvənd edən ilk ölkələrdən biri olan İsrail, COVID-19-un sürətlə artdığı Afrika ölkələrinə 1 milyon doza peyvənd verdiyini açıqlayıb.
İsrail Xarici İşlər Nazirliyindən verilən məlumata görə, "AstraZeneca" peyvəndlərinin yaxın həftələrdə Afrikanın müxtəlif ölkələrinə çatdırılacağı bildirilib.
Ağarza Elçinoğlu