Rusiyada uçuş-enmə zolağında dayanan sərnişin təyyarəsi yük maşınına çırpılıb.

"Unikal" xəbər verir ki, Moskva şəhərinin Şeremetyevo Beynəlxalq Hava Limanında baş verən hadisə buzlanma səbəbindən baş verib, təyyarə sürüşərək yaxınlıqdakı yük maşınına çırpılıb. 

Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus olan sərnişin təyyarəsinin növbəti uçuşa hazırlandığı qeyd olunub. 

Pilot və sərnişinlərin olmadığı təyyarə sürüşməyə başlayaraq qanadı ilə yük maşınına dəyib. Qəzanın şiddətindən yük maşını aşıb, hava limanında böyük çaxnaşma yaşanıb. 

Daha sonra təyyarə nəqliyyat vasitələri ilə eniş zolağından anqara çəkilib. 

Qeyd edək ki, uçuşlarda heç bir gecikmə olmayıb. 

Ağarza Elçinoğlu