Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1961 ci-il təvəllüdlü Zeynalov Zahir Bakir oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili İbrahimov Şahsuvar Qiyas oğlunun idarə etdiyi "Vaz-2107" marklı minik avtomobili ilə toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdam rayon Mərkəzi Xəstəxanasına daha sonra isə, Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan biri Z.Zeynalovun  vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov