Türkiyənin İstanbul şəhərində saxta alkoqol içkidən ölənlərin sayı 22 nəfərə yüksəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxta spirtli içkidən zəhərlənən 16 nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, son günlər Türkiyədə saxta içkidən ölənlərin sayında kəskin artım müşahidə edilir. Belə ki, ötən gün axşam yayılan məlumata görə, ölkə üzrə içkidən ölənlərin sayı 25 olub.