Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində yaralanan şəxslərin adları məlum olub.

"Unikal" xəbər verir ki, Kliniki Tibbi Mərkəzə doqquz nəfər gətirilib.

Yaralıların siyahısı:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən üç nəfər reanimasiyadadır. Bir nəfər neyrotravma, bir nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

xxx

23:29

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.

"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - Mərkəz rəsmisi qeyd edib.