Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacı Zeynalabdin qəsəbəsində “Şirvan” körpüsü adlanan ərazidə qeydə alınıb.

Belə ki, dayanacaqda dayanan 1986-cı il təvəllüdlü Məmmədova Rəşidə Qabil qızını “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.