Mingəçevirdə 6 metr dərinlikdə köməksiz qalan dana xilas edilib.

"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında, keçmiş dəmir beton məmulatları zavodunun yaxınlığında baş verib. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

Belə ki, onlar həmin ərazidə yaşayan məcburi köçkün ailəsinə məxsus olan dananı 6 metr dərinlikdən çıxararaq sahibinə təhvil veriblər.

Ehtiram Muradlı