Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "FORD" markalı yük maşını idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü Z.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov