Serbiyalı hücumçusu Duşan Tadiç bir təqvim ilində qol ötürmələrinin sayına görə argentinalı həmkarı Lionel Messinin müəyyən etdiyi rekordu yeniləyib.
"Unikal" xəbər verir ki, “Ayaks”da çıxış edən futbolçu Niderland çempionatının 16-cı turunun “AZ Alkmaar” ilə oyunda (2:1) 2021-ci il ərzindəki 37-ci məhsuldar ötürməsini edib.
Bununla da, 33 yaşlı serb Messinin rekordunu qırıb.
Qeyd edək ki, sonuncu bu nailiyyəti 2011-ci ildə “Barselona”da çıxış edərkən il ərzində 36 məhsuldar ötürmə etməklə müəyyənləşdirmişdi.