Gəncədə minik avtomobili hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.

"Unikal" xəbər verir ki, şəhərin Atabəylər prospektində qeydə alınan hadisə zamanı hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolda çıxaraq yol kənarındakı hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.