Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, toydan çıxan 1987-ci il təvəllüdlü Fərid Məmmədovu yük avtomobili vurub. F. Məmmədov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.