Yevlaxda avtomobil idarəetmədən çıxaraq aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsünün çıxışında baş verib.

İdarəetmədən çıxan "VAZ-2112" markalı maşın aşıb. Avtomobilin 1978-ci il təvəllüdlü rayon sakini olan sürücüsü Elnur Həmidov qəzadan yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı