Bu il Bakı şəhəri ərazisində baş verən yol qəzalarının sayı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Unikal"a bildirib ki, 2021-ci ilin 11 ayı üzrə paytaxt ərazisində 458 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.