Ermənistanın Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin, kiçik rütbəli çavuşların təlim-məşqlərə cəlb edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində  məlumat yayılıb. 

Təlimin müddəti 15 yanvar 2022-ci il tarixindən 15 aprel 2022-ci il tarixədək üç ay ərzində keçiriləcək.

"Təlim-məşq toplanışına 65-ə qədər vətəndaş cəlb olunacaq ki, onlardan 20-si tibb, 45-i isə mühəndis-texniki ixtisaslara malik sıravi kiçik çavuşların ehtiyatda olan zabitləri olacaq"  - deyə  KİV-lərdə  yazılıb.

Gülayə  Mecid